SMS göndərmək üçün ilk addımda qısa nömrə və mesaj şablonu seçilməlidir, daha sonra növbəti addımda isə mobil nömrələr sütününda hər mobil nömrəni yeni sətrdə əlavə etmək lazımdır. Əgər sizin seçdiyiniz mesaj şablonunda parametr mövcuddursa mobil nömrələr sütununun qarşısında əlavə olaraq parametrlərin sayına uyğun sütünlar əks olunacaqdır. Qeyd etdiyiniz hər yeni sətrdəki parametr dəyəri qarşısındakı mobil nömrə üçün nəzərdə tutulur. Mobil nömrələrin sayı ilə parametrlərin dəyərlərinin sayı uyğun olmalıdır. Göndəriş zamanı parametr, qeyd etdiyiniz dəyər ilə avtomatik olaraq əvəz edilir.
Göndərici adı qısa mesajın kim tərəfindən göndərildiyini bildirən başlıqdır. Göndərici adında şirkətinizin adı və ya brendiniz ola bilər. Göndərici adı ən çox 11 simvoldan ibarət ola bilər. Göndərici adı əlavə edildikdən sonra qısa zaman ərzində yoxlanılıb təsdiq ediləcəkdir.
İstədiyiniz qədər mesaj şablonu yarada bilərsiniz. Mesaj şablonunda həmçinin parametrlər əlavə edə bilərsiniz. Parametrlər {} işarələri arasında yazılmalıdır. Məsələn mesaj şablonu yaradarkən mətndə {name} parametri yazmısınızsa bu o deməkdir ki, siz mesaj üçün 1 parametr əlavə etmisiniz. SMS göndərərkən seçdiyiniz mesaj şablonuna uyğun olaraq mobil nömrələr üçün nəzərdə tutulan sütünun qarşısında parametrlərin sayı qədər sütun mövcud olacaqdır. Hər mobil nömrənin qarşısında parametrin dəyərini yaza bilərsiniz. Ən çox 3 parametr əlavə etmək olar. Mesaj şablonu qısa zamanda yoxlanılıb təsdiq ediləcəkdir.
SMS göndərərkən mobil nömrələr sütünunda hər sətrdə yeni nömrə əlavə edilməlidir. Nömrənin formatı beynəlxalq qaydada 994xxxxxxxxx, mobil operatorun prefiksine uyğun məsələn 50xxxxxxx və ya standart qaydada 050xxxxxxx olmalıdır. Bütün hallarda mobil nömrə arxa planda avtomatik olaraq sistem tərəfindən beynəlxalq qaydaya uyğun hala gətiriləcəkdir. Göndəriş zamanı eyni mobil nömrədən yalnız 1 dəfə əlavə etmək olar.
Xidmətlərdən tam istifadə edə bilmək üçün e-poçtunuzu doğrulamalısınız. Qeydiyyatdan keçdikdə sizin e-poçtunuza doğrulama keçidi göndərilir. Əgər e-poçtu almasanız şəxsi məlumatlarınızda istədiyiniz zaman yenidən doğrulama keçidi tələb edə bilərsiniz.
Xidmətlərdən tam istifadə edə bilmək üçün şəxsi məlumatlarınızda mobil nömrənizi qeyd edib daha sonra doğrulama kodu tələb etməlisiniz. Gün ərzində ən çox 5 dəfə doğrulama kodu tələb edə bilərsiniz.
Şəxsiyyəti təsdiq edən sənəd foto formatında mütləq şəkilli olaraq yüklənilməlidir. Yoxlanıldıqdan sonra qısa zaman ərzində təsdiq ediləcəkdir.
Müştəri müqaviləsi şəxsiyyəti təsdiq edən sənəd yüklənildikdən və təsdiqləndikdən sonra tərtib edilir. Müqaviləni oxuyub imzaladıqdan sonra saytın xidmətlərindən tam istifadə edə bilərsiniz.
Göndərdiyiniz SMS-lərin arxivinə baxa və göndəriş statusuna nəzarət edə bilərsiniz.
İstədiyiniz SMS paketini seçərək onlayn ödəniş edə bilərsiniz. Uğurlu ödəniş zamanı paketə uyğun SMS sayı avtomatik olaraq balansınıza əlavə ediləcəkdir.
Partnyor olmaq üçün partnyorluq qaydaları ilə tanış ola bilərsiniz.