www.smsplus.az saytından istifadə edən hər bir şəxsin, aşağıda göstərilən şərtlərə riayət etməsi vacibdir. Xahiş edirik göstərilən müddəaları diqqətlə oxuyun və razı olmadığınız təqdirdə bu saytın xidmətlərindən istifadə etməyin.
1. Sayt istifadəçilərinin hüquqları və öhdəlikləri
1.1. Sayt istifadəçisi aşağıda göstərilən hüquqlara malikdir:
• Qeydiyyatdan keçərək şəxsi hesab yaratmaq.
• Şəxsi məlumatları istənilən zaman yeniləmək.
• Ödənişli fərdi SMS bildirişləri göndərmək və göndərişlərə nəzarət etmək.
• Ödənişli toplu tanıtım SMS reklamları göndərmək və göndərişlərə nəzarət etmək.
• Online ödəmə vasitələrinin köməyi ilə SMS paketi almaq.
• Digər mövcud xidmətlərdən istifadə etmək.
1.2. Sayta daxil olan zaman və saytın xidmətlərindən istifadə edərkən istifadəçilər aşağıda göstərilənlərə əməl etməlidirlər:
• Saytdan istifadə edərkən, saytda yerləşdirilən bütün hüquqi xarakterli məlumatlar ilə tanış olmaq.
• Saytın qaydalara etdiyi dəyişikliklər barədə anonsları yoxlamaq və dəyişikliklərdən xəbərdar olmaq.
• Saytın qaydaları ilə, həmçinin bu qaydalara edilən dəyişikliklər ilə razı olmadığınız təqdirdə saytdan istifadəni dayandırmaq.
1.3. Sayt istifadəçilərinə qadağan olunur:
• Saytın normal fəaliyyətinin pozulmasına yönəlmiş hərəkətlər etmək.
• Müəyyən üsullar ilə saytda zərər yetirəcək viruslardan və digər zərərli proqramlardan istifadə etmək.
• Saytda müxtəlif üsullar kommersiya reklamı və ya siyasi təbliğat həyata keçirmək.
• Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin www.smsplus.az saytının qaydalarına zidd olan və onu pozan hərəkətlər etmək.
2. Saytın hüquqları və öhdəlikləri
• www.smsplus.az saytın istifadəçilərinə saytın istifadəsi üçün texniki imkanlar yaradır.
• www.smsplus.az sayt istifadəçilərinin şəxsi məlumatlarını xidmət göstərmək məqsədilə istidadəçilərin razılığı əsasında istifadə etmək hüququna malikdir.
• Saytda yerləşdirilən məlumatların dəqiqliyinə görə heç bir məsuliyyət daşımır.
3. Dəyişikliklər
• www.smsplus.az rəhbərliyi istənilən zaman saytın gələcəkdə fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə bu qaydalara dəyişikliklər etmək hüququnu özündə saxlayır.